8 noyabr - Zafər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilir.
Ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunur.
Həmçinin bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edir.
Zəfər yürüşü Xankəndi şəhərinin zəfər meydanında başa çatacaq.
Referans.az Trend-ə istinadən yürüşdən görüntüləri təqdim edir: