EN

FHN-in qurumları və regional mərkəzlərində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.

 

Tədbirlərdə qurumların və regional mərkəzlərin şəxsi heyətləri iştirak edib.

 

Əvvəlcə, iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə ölkəmizin suverenliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yed edilib.

 

Tədbirlərdə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış parlaq Zəfərin əhəmiyyətindən bəhs olunub, qüdrətli Azərbaycan Ordusunun tarixi qəhrəmanlığından danışılıb. Qeyd edilib ki, 30 ilə yaxın müddətdə erməni qəsbkarları tərəfindən işğal altında saxlanılan torpaqlarımızın azad edilməsində misilsiz sücaət göstərmiş igid əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində düşmən ordusu darmadağın edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

 

Təbirlərdə ötən ilin sentyabr ayının 19-dan başlayaraq Qarabağda həyata keçirilən, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyətindən söz açılıb və bildirilib ki, bu əməliyyat nəticəsində respublikamızın suverenliyi tam bərpa edilib.

 

Tədbirlərdə çıxış edənlər diqqətə çatdırıblar ki, qeyd olunan tarixi nailiyyətlər - 44 günlük Vətən müharibəsinin yekununda qazanılan möhtəşəm Zəfər və antiterror tədbirlərinin nəticəsində əldə olunan şanlı Qələbə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin parlaq sərkərdəlik qabiliyyəti və mahir diplomat kimi yorulmaz fəaliyyəti sayəsində ərsəyə gəldi. Bu qələbələrin “Xalq-Prezident” monolit birliyinin parlaq təzahürü olduğunu vurğulayan natiqlər diqqətə çatdırıblar ki, sözügedən uğurlar xalqımızda misilsiz qürur hissi yaşadıb.

Tədbirlərdə, həmçinin bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyini və milli dəyərlərini simvolu olan bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi Ümummilli Liderin tarixi xidməti nəticəsində baş verdi. Belə ki, ilk dəfə 17 noyabr 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmasına dair tarixi qərar qəbul edilib. Vurğulanıb ki, Dahi Rəhbərin memarı olduğu, cənab Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasət nəticəsində beynəlxalq birliyin nüfuzlu üzvünə və söz sahibinə çevrilmiş suveren Azərbaycan Respublikasının Dövləti Bayrağı bundan sonra da dünya azərbaycanlıların qürur mənbəyi olaraq daim dalğalanacaq.

 

Tədbirlərdə Zəfər günü ilə bağlı filmlər nümayiş olunub.

 

Chosen
114
50
qht.az

10Sources