EN

Azərbaycan bayrağının tarixinə səyahət - FOTOSESSİYA

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev, birinci xanım MehribanƏliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda DövlətBayrağı Meydanında olublar. Dövlətimizin başçısı buradaAzərbaycanın üçrəngli Bayrağını ucaldıb.

Bu gün, həmçinin, yenilənmiş Bayraq Muzeyinin də açılışıolub.

Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və Birinci xanımMehriban Əliyeva tərəfindən 9 noyabr 2010-cu il tarixində açılıb.Muzey fəaliyyəti dövründə Azərbaycanın Respublikasının üç rənglidövlət bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olanxanlıqların, dövlətlərin bayraqlarını əyani nümayiş etdirilib vəgələn qonaqlara təfərrüatlı məlumatlar çatdırılıb.

Muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əksetdirən 400 eksponat sərgilənib. Hər bir tarixi nümunə haqqındamuzeyə gələn qonaqlara təfsilatlı məlumatlar verilib. 2017-ci ildəDövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri iləəlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpaişlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşlarıeksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsiistiqamətində çalışıblar və eksponat sayını 431-ə çatdırıblar.

Təmir-bərpa işlərindən sonra yeni görkəmdə, yeni tərtibatdafəaliyyətə başlayacaq Bayraq Muzeyində 44 günlük Vətən müharibəsinəhəsr olunmuş “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur.Qalereyada Müzəffər Ali Baş Komandan tərəfindən işğaldan azadedilmiş ərazilərdə Dövlət bayrağının ucaldılması və Xankəndişəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlıhərbi paradın fotoları nümayiş olunur.

Muzey 6 Sərgi salonundan ibarətdir:

A Sərgi salonunda Azərbaycanın qədim və orta əsrlər dövrünə aidbayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr,silahlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayişolunur.

B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSRdövrünü əhatə edir. Burada Azərbaycan Xalq CümhuriyyətininParlamentində 7 dekabr 1918-ci il tarixində asılmış Dövlət bayrağı,həmin dövrə aid foto şəkillər, pul əskinazları, poçt markaları,eləcə də Azərbaycan SSRİ-in bayraqları, gerbləri, müxtəlif illərdəqəbul olunmuş konstitusiyaları, pul əskinazları və poçt markalarınümayiş olunur.

C Sərgi salonu müstəqillik dövrünü əhatə edir. Burada Ümummillilider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçtmarkaları, Azərbaycan Respublikası Prezidentinin ştandartı,Azərbaycan Respublikasının orden və medalları, Müstəqil AzərbaycanRespublikasının Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsredilən orden və medallar, dünyanın ən hündür zirvələrində sancılmışDövlət bayrağı nümayiş etdirilir. Bu salonda «AzərbaycanRespublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanınyaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 17noyabr 2007-ci il tarixli Sərəncamı, «Azərbaycan RespublikasınınDövlət bayrağı gününün təsis edilməsi haqqında AzərbaycanRespublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı,Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar RespublikasıAli Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarından ibarət stendyerləşdirilib.

D Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin bayraqları,medalları, emblem və şevronları nümayiş olunur.

E və F sektorlarında Azərbaycan Respublikasının hərbiqulluqçularının mərasim geyim formaları nümayiş olunur.

Bundan əlavə, Muzeydəki monitorlarda Azərbaycanın qədim və ortaəsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə,Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliktarixindəki xidmətlərinə, Azərbaycan Respublikası Prezidenti İlhamƏliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətənmüharibəsindəki tarixi qələbəyə həsr edilmiş videolar nümayişolunur.

Trend muzeydən görüntüləritəqdim edir:

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
47
2
az.trend.az

3Sources