Bakı, TurkicWorld
İndoneziyanın Flores adasında yerləşən "Levotobi" vulkanı bir neçə saat ərzində 8 dəfə püskürüb.
TurkicWorld xəbər verir ki, püskürmə nəticəsində kraterdən çıxan tüstü təxminən 8000 metr yüksəkliyə qalxıb.
Məlumata görə, 9 nəfər həlak olub. "Levotobi" yaxınlığında yaşayan təxminən 6 000 nəfər təxliyə edilib.
Qeyd edilib ki, baş verən püskürmə nəticəsində 2 mindən çox ev zədələnib, bölgədə yollar və körpülər dağılıb. Yerli hava limanlarında uçuşlar ləğv edilib.