EN

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib.

Bu barədə AZƏRTAC-a DTX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və Xidmətin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda mahnıları və zəfər nəğmələri səsləndirilib.

Chosen
4
28
yeniazerbaycan.com

10Sources