EN

“Milan”ın növbəti oyununu buraxacaq

“Milan”ın aparıcı futbolçularından sayılan Alvaro Morata xəstəxanalıq olub.

32 yaşlı hücumçu məşqdə Strahinya Pavloviçlə toqquşub. Alvaro başından xəsarət alıb. İlkin müayinə nəticəsində onun zədəsinin çox da ciddi olmadığı müəyyənləşib. Buna baxmayaraq, həkimlər ispaniyalı futbolçunun bir gün xəstəxanada qalmasını lazım biliblər. Moratanın noyabrın 9-da keçiriləcək “Kalyari” ilə matçı buraxmaq ehtimalı çoxdu.

Alvaro bu mövsüm “Milan”ın heyətində 12 oyunda meydana çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Chosen
53
football-plus.az

1Sources