EN

Kanada Çin mallarına yeni tariflər tətbiq etməyi planlaşdırmır

Bakı. Trend:

Kanada hökuməti Çin mallarına yeni rüsumlar tətbiq etməyiplanlaşdırmır.

Trend xəbər verirki, bu barədə cümə günü jurnalistlərə baş nazirin müavini KristiaFriland məlumat verib.

“Bu gün (8 Noyabr) Çinə əlavə rüsumlarla bağlı elan edəcəyim heçnə yoxdur. Deyəcəyim odur ki, yayda elan etdiyimiz və oktyabrayında qüvvəyə minən tariflər Kanada işçilərini qorumaq üçünhəqiqətən zəruridir,” – deyə Friland bildirib. O, Kanadahökumətinin Çin tarifləri ilə bağlı son məsləhətləşmələrininnəticələri ilə bağlı suala cavab verərkən bu fikirlərisəsləndirib.

Kanada hökuməti oktyabrın 1-dən etibarən Çindən gələn bütünelektrik avtomobillərinə, o cümlədən yük maşınlarına və avtobuslara100% tariflər tətbiq edib. Oktyabrın 22-də isə Ottava, Çindən poladvə alüminium məhsullarının idxalına 25% vergi tətbiq etmək qərarıalıb. Baş nazir Castin Trudeau bu tədbirləri Kanada maraqlarınıqorumaq məqsədilə tətbiq edildiyini bildirib, çünki onun sözlərinəgörə, “Çin digər ölkələrlə eyni qaydalarla oynamır.”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsian buna cavabolaraq bildirib ki, Ottavanın belə bir addımı iki dövlət arasındaticarət və iqtisadi əlaqələri korlaya bilər. O, kanadalılarınhərəkətlərini tipik proteksionist yanaşma adlandırıb.

Chosen
99
az.trend.az

1Sources