EN

18 yaşlı futbolçu Almaniya nəhəngində

“Bayern Munhen” qış fasiləsində yeni futbolçu transfer edəcək.

Msport.az xəbər verir ki, bu barədə insader Fabrisio Romano məlumat yayıb.

“Qırmızılar” “Los-Anceles”in futbolçusu Bajinq Darbo ilə razılaşıb. Münhen təmsilçisi 18 yaşlı vingerlə qış transfer pəncərəsində müqavilə imzalayacaq.

Transferin məbləği 1 milyon ABŞ dolları olacaq.

Qeyd edək ki, Darbo hələ “Los-Anceles”in əsas komandasında debüt etməyib. O, ABŞ U-17 millisində 2 oyunu keçirib.

Chosen
8
1
msport.az

2Sources