EN

Ülvü Qənizadə: “Onlar dəyişməsə, mən çəkimi dəyişəcəm”

"Qeyri-olimpiya çəkilərində rəqabətin zəif olduğunu demək düzgün deyil".

Bunu "İdman bizdə" verilişinin qonağı olan dünya və Avropa çempionu Ülvü Qənizadə deyib.

Güləşçi bildirib ki, olimpiadaya gedə bilməyənlər özlərini qeyri-olimpiya çəkisində sınayırlar: "Belə olan halda rəqabət daha da artır. Məsələn, mənim çəkimdə xeyli sayda həm Avropa, həm də dünya çempionları var. Güləşənlər bilir ki, 72 kq-da güclülər çoxdur. Deyilənə görə, növbəti olimpiadada güləş çəkiləri dəyişməlidir. İstədiyim bütün nəticələri əldə etmişəm, bircə Olimpiya medalım yoxdur. Gedişata baxacam, onlar dəyişməsə, mən çəkimi dəyişəcəm”.

Qənizadə gələcək hədəflərini də açıqlayıb: “İndi əsas məqsədim qarşıdan gələn Avropa və dünya çempionatlarında, İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticə əldə etməkdir. Çox istərdim ki, üç - dörd qat dünya çempionu olub, adımı tarixə yazım".

Aytac Sahəd
İdman.biz

Chosen
81
idman.biz

1Sources