EN

Hindistan da BMT TŞ-nin üzvü olmaq istəyir, amma...

"Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 5 daimi üzvü var, digər 10 qeyri-daimi üzvü isə assambleya üzvlərinin 2/3 səs çoxluğu ilə iki il müddətinə seçilirlər və rotasiya qaydasında 1 ay müddətinə sədrlik də edirlər".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

ARZUXAN.jpg

Deputat son dövrlər BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması ilə bağlı təkliflərin mütəmadi olaraq səslənməsinə diqqət çəkərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu haqda fikrini xatırladıb:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir fikir səsləndirmişdi ki, dünya 5-dən idarət deyil, yəni 5 daimi üzv dünya siyasətini yönləndirə bilməz. Son illərin acı təcrübəsi də göstərir ki, bu qurum çox zaman dünyada baş verən prosesləri, xüsusilə də münaqişə zonalarında baş verən prosesləri idarə etmək, yönləndirmək iqtidarında olmur. Daimi üzvlərin sayının artırılması bununla bağlıdır. Azərbaycan Prezidenti də bununla bağlı fikrini bildirib ki, ən azından İslam Əməkdaşlıq Təşkilatı, yaxud Qoşulmama Hərəkatı təşkilatından bir üzv BMT-nin daimi üzvləri sırasına daxil edilməlidir. Digər dövlətlərin liderləri tərəfindən də zaman-zaman belə təkliflər səsləndirilməkdədir. Məsələ burasındadır ki, qeyri-daimi üzv seçilmək üçün də Baş Assambleyanın üzvlərinin 2/3 səsinə ehtiyac var, səsvermə gizli olur".

A.Əlizadənin fikrincə, Hindistanın qeyri-daimi üzv seçilmək istəyi bir sıra səbəblərə görə əngəllənə bilər:

"Birinci məsələ ondan ibarətdir ki, Hindistan Pakistanla çox ciddi münaqişə münasibətlərindədir. Bir çox ölkə, o cümlədən Türkiyə, Böyük Britaniya Hindistanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsinə əngəllər törədə bilər. Bu yaxınlarda, BRİCS-in toplantısında təşkilata üzv olmaq istəyən Türkiyə ilə bağlı Hindistan etiraz mövqeyini bildirmişdi. Bu məsələnin kökündə də təbii ki, Türkiyə-Pakistan münasibətlərinin yaxınlığı dayanır. Eyni zamanda Pakistan Azərbaycanla da dost-qardaş ölkədir. Pakistanın mövqeyi bir çox halda Azərbaycan və Türkiyə tərəfindən müdafiə olunmaqdadır".

Ermənistanın Hindistanla yaxın münasibətlərini isə partiya sədri belə şərh edib:

"Hindistan Errmənistanı silahlandıran ölkələrdən biri olaraq gündəmdədir. Xüsusilə də Ermənistanı silahlandırmaqla bu bölgədə sabitliyə və dayanıqlı sülhə çox ciddi əngəl törədə biləcək ölkələrdən biri olaraq da təbii ki, Hindistana münasibət adekvatdır və belə də olmalıdır. 30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarını işğal altında saxlayan qondarma dövləti silahlandırmaqla, onlara həm maliyyə, həm hərbi, həm də siyasi dəstək verməklə Azərbaycan, Türkiyə və qardaş-dost ölkələrin dəstəyinə heç bir halda arxalana bilməz. Hesab edirəm ki, bu cür işğalçı mahiyyəti olan qondarma dövləti silahlandırmaq siyasəti yürüdən Hindistan heç bir halda BMT TŞ-nin üzvləri siyahısına daxil edilə bilməz".

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
66
50
musavat.com

10Sources