EN

Britaniya Azərbaycanda keçiriləcək COP29 tədbirini qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov LondondaBritaniya Kralı Üçüncü Çarlzın patronajı altında təşkil edilənCOP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsrolunmuş konfransda Azərbaycanı təmsil edib.

Böyük Britaniya Səfirliyindən Trend-ə verilən verilən məlumata görə, biznesliderləri, səfirlər, sənaye liderləri və COP Troykasına daxil olanAzərbaycan, BƏƏ və Braziliyadan rəsmilərin qoşulduğu tədbirəBritaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri EdMiliband, Britaniyanın inkişaf məsələləri üzrə naziri AnnelieseDods və ətraf mühit naziri Steve Reed həmsədrlik ediblər.

Konfrans zamanı alternativ enerjiyə keçidin maliyyələşməsinəhəsr olunmuş müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifovdünyada karbon emissiyalarının azaldılması üçün yaşıl enerjikeçidinin vacibliyinə toxunaraq, Azərbaycanda keçiriləcək COP29tədbirinin beynəlxalq iqlim maliyyələşməsi barədə razılığın əldəolunması və ümumilikdə iqlim fəaliyyətinin irəli aparılmasıbaxımından oıduqca vacib məqam olduğunu deyib. Nazir bildirib kiAzərbaycan tədbirin uğurla nəticələnməsi üçün əlindən gələnietməkdədir.

Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri EdMiliband çıxışında COP29un həlledici əhəmiyyətini vurğulayaraqölkəsinin Bakıda keçiriləcək tədbirdə yüksək səviyyəli nümayəndəheyəti ilə təmsil olunacağını və iqlim maliyyəsininrazılaşdırılması istiqamətində aparıcı rol oynayacağını qeydedib.

Daha sonra Britaniya Kralı Üçüncü Çarlz tədbiriştirakçılarınınşərəfinə Bukinqem Sarayında ziyafət verib.Həmin ziyafətəBritaniyanın xarici işlər naziri David Lammy də qatılıb.

Ziyafət əsnasında maliyyə naziri Samir ŞərifovBeynəlxalq dayanıqlılıq və iqlim fəaliyyəti məsələsini hər zamandiqqətdə saxlayan Britaniya Kralı Üçüncü Çarlz ilə də qısa söhbətaparıb. Nazir Samir Şərifov Azərbaycan Prezidenti cənab İlhamƏliyevin salamlarını Britaniya Kralına çatdırıb. Öz növbəsində KralÜçüncü Çarlz minnətdarlıq edərək onun da salamlarının AzərbaycanPrezidentinə çatdırılmasını xahiş edib. Söhbətin davamındaBritaniya Kralı COP29un vacib əhəmiyyətini vurğulayaraq tədbirinuğurla keçməsini arzu etdiyini deyib.

Tədbirin sonunda qəbul edilən yekun sənəddə qlobal biznes vəsənaye liderləri ölkəmizdə keçiriləcək COP29a dəstək ifadəedib.

Konfrans barədə Britaniya hökumətinin rəsmi internetsəhifəsində məlumat yayılıb. Məlumatda Britaniya hökumətininCOP29da aktiv iştirak etməsinə hazırlıqların getdiyi qeyd edilib:https://www.gov.uk/government/news/government-and-business-leaders-come-together-to-accelerate-climate-action-before-cop29

Britaniya
Britaniya
Məqalədə:
Chosen
29
13
az.trend.az

10Sources