EN

Beynəlxalq əlaqələrin müzakirə sütunu – TDT Zirvə görüşü və nəticələri

inkişafına öz güclü təsirini göstərir.

Azərbaycanı türk dövlətləri ilə təkcə ortaq tarix və dil birləşdirmir. Ölkəmizi qardaş türk ölkələri ilə strateji əhəmiyyətli nəqliyyat dəhlizləri də bağlayır. Ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşməsi təşkilatın üzvləri və müşahidəçiləri üçün nəqliyyat əlaqələri baxımından dəyərli üstünlük hesab olunur. Coğrafi mövqeyi Azərbaycana Cənubi Qafqazdan keçən bütün iri nəqliyyat layihələrində iştirak etməyə imkan verir. Belə layihələrdən biri də Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizidir. Hazırda Azərbaycan bu dəhlizin vacib iştirakçısıdır və bunu dəhliz vasitəsilə ölkəmizin ərazisindən daşımaların artması təsdiqləyir. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.Təbii ki, bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Sənan Hüseynov

ADNSU III kurs tələbəsi

Nyu-York Elmlər Akademiyasının üzvü

ADNSU THİK Kitab Klubu sədri

Chosen
50
yenigundem.az

1Sources