"Səbail" Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyunsonrası mətbuat konfransında görüşü şərh edib:
"Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir. Komandada çatışmayan bir çox nüanslar var. İlk növbədə fiziki durumu qeyd edə bilərəm. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik. Bizə şans verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Gələcəklə bağlı qərarı klub verəcək".
Qeyd edək ki, Məmmədov ötən turdan sonra istefa verən Şahin Diniyevi əvəz edib.