Noyabrın 10-da Türkiyənin Nazirlər Kabinetinin toplantısı keçiriləcək.
Bu barədə Haber Global-a istinadən məlumat verir.
Məlumata görə, iclas ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq.
Toplantı doqquz illik fasilədən sonra yenidən Çankayadakı prezident iqamətgahında keçiriləcək. Toplantıda ABŞ-dəki prezident seçkisinin Türkiyə və bölgəyə təsirləri qiymətləndiriləcək.
Mənbə: oxu.az