EN

140 yaşlı "Tiflis" vağzalının qarşısındakı meydan füsunkar görünüşdə

"Tiflis” vağzalının binası qarşısındakı meydan yenilənməklə yeni görkəm alıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Dəmir Yollarından bildirilib.

 

Qeyd edilir ki, 140 yaşlı tarixi vağzalın binası qarşısındakı meydanın yenilənməsi ilə öz füsunkar görünüşünə qayıdıb.

 

Xatırladaq ki, Azərbaycanın ilk dəmiryol vağzalı Bakıda 1880-ci ildə istifadəyə verilib. Bu bina əsasən neft mədənləri və neft limanına fəhlələrin daşınması üçün nəzərdə tutulduğundan sonradan turist qismində gələn sərnişinlərin, eləcə də Tiflis–Bakı marşrutu ilə səfər edən məmurlar və xarici iş adamlarının qəbulu üçün yararlı deyildi. Sürətlə inkişaf edən Bakı şəhərinin vizit kartı rolunu oynaya biləcək müasir dəmiryol vağzalına ehtiyac vardı. Bakı dəmiryol stansiyasının yeni vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqlənib. Layihənin müəllifi Bakı–Tiflis dəmir yolunun memarı vəzifəsində çalışan Xrisanf Konstantinoviç Vasilyev idi. Vağzalın təntənəli açılışı 1884-cü il yanvarın 10-da keçirildi. “Tiflis vağzalı” adını almış yeni tikili imperiyanın ən gözəl vağzallarından birinə çevrilib.

Chosen
145
2
modern.az

10Sources