EN

Litvanın Maliyyə Nazirliyi: Aİ Şurasına sədrlik ölkəyə 140 milyon avrodan çox başa gələcək

Litvanın 2027-ci ildə Avropa İttifaqı Şurasına altı aylıq sədrliyi Vilnüsə 140 milyon avrodan çox başa gələcək.

“Report” BNS agentliyinə istinadən xəbər verir ki, bu barədə Litvanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu mühüm tədbirə hazırlıq və sədrliyin özü 141 milyon avro tələb edəcək, bu çərçivədə 2025-ci ildə 16,3 milyon avro, 2026-cı ildə 57,3 milyon avro, 2027-ci ildə 67,4 milyon avro vəsait tələb olunacaq”, - məlumatda deyilir.

Litvanın sədrliyi çərçivəsində 300-ə yaxın tədbir nəzərdə tutulub ki, onlardan 20-si yüksək səviyyəli görüşlər olacaq.

Chosen
8
4
sam.az

5Sources