İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalına endirdiyi zərbələr zamanı İslami Cihad qruplaşmasının əməliyyat qərargahının rəisi Məhəmməd Əbu Sahil öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Dəməşqdəki əməliyyatla Hizbullah komandiri Əli Musa Dakdukun öldürüldüyü açıqlanmışdı.