EN

Kanadanın baş naziri APEC və G20 sammitlərində iştirakını təsdiqləyib

Bakı. Trend:

Kanadanın baş naziri Castin Trüdo qarşıdan gələn İyirmilik Qrupu(G20) və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC)sammitlərində iştirakını təsdiqləyib.

Trend xəbər verirki, bu barədə Trüdonun mətbuat xidmətinin yaydığı bəyanatdabildirilib.

Bəyanatda qeyd olunur ki, Kanada hökumətinin başçısı buplatformalarda Yaxın Şərq və Ukraynadakı münaqişələri, həmçininHaitidəki vəziyyəti müzakirə etməyi planlaşdırır.

G20 sammiti 18-19 noyabr tarixlərində Braziliyada keçiriləcək.APEC sammitinin rəsmi tarixləri isə 9-16 noyabr arası Perudamüəyyən edilib.

Chosen
32
1
az.trend.az

2Sources