ABŞ - nin 47-ci prezidenti seçilən Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bildirilib ki, dialoq zamanı Tramp Putini Rusiya-Ukrayna müharibəsində gərginliyi azaltmağa çağırıb.
Sherg.az xəbər verir ki, “The Washington Post” qəzetinin danışıqlardan xəbəri olan mənbələrə əsaslanan xəbərinə görə, seçkilərdən sonra Tramp və Putin arasında telefon danışığı olub.
Tramp Putinə deyib ki, Vaşinqton “Avropada əhəmiyyətli hərbi mövcudluğa malikdir”.
ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Putini Rusiya-Ukrayna müharibəsində gərginliyi azaltmağa çağırıb.
Telefon danışığı ilə bağlı Ukrayna administrasiyası məlumatlandırılıb.
Putin noyabrın 7-də Trampı təbrik edib və onunla danışmağa hazır olduğunu bildirib.
Seçki kampaniyası zamanı Tramp iddia edirdi ki, o, Rusiya-Ukrayna müharibəsini “dərhal” bitirə bilər.
Digər tərəfdən, Ukrayna müharibəsindən sonra heç bir Qərb lideri Putinlə görüşməyib.