EN

Tramp şəxsi kurortundan Putinə ZƏNG ETDİ

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp və Rusiya prezidenti Vladimir Putin noyabrın 7-də telefon danışığı keçiriblər və Ukraynadakı münaqişəni müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadl "Washington Post" (WP) yayıb.

Qeyd edilib ki, bu Trampın seçkilərdə qalib gəlməsindən sonra onlar arasında ilk telefon danışığı olub.

WP-nin məlumatına görə, Putin və Tramp Avropada sülhün əldə olunmasını müzakirə ediblər. Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı müharibənin tezliklə həllini müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.

Qəzetin yazdığına görə, Tramp söhbəti Floridadakı kurortundan aparıb.

Eyni zamanda, hazırda nə Moskva, nə də Vaşinqton siyasətçilər arasında söhbət barədə məlumat verməyib.

Chosen
14
1
publika.az

7Sources