ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
Referans.az" target="_blank">Referans.azxəbər verir ki, bu sensasiyalı xəbəri Washington Post situasiyaya yaxın mənbələrə istinadən yayıb.
Bildirilir ki, telefon danışığında əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət olub. Söhbət zamanı Donald Tramp Vladimir Putini Ukraynada silahlı münaqişəni qızışdırmamağa çağırıb.
“Vaşinqton Post”un həmsöhbətlərindən birinə görə, Tramp ABŞ-ın Avropadakı əhəmiyyətli hərbi mövcudluğunu xatırladaraq Putinə “eskalasiyanı artımamağı” tövsiyə edib.
Danışıqlar Trampın seçkilərdə qələbəsindən sonra iki lider arasında ilk rəsmi ünsiyyət olub. Söhbət zamanı qitədə sülhün əldə edilməsi müzakirə olunub və Tramp Ukraynadakı münaqişənin tez bir zamanda həlli üçün dialoqun davam etdirilməsində maraqlı olduğunu bildirib.
"Vaşinqton Post" iki mənbəyə istinadən xəbər verir ki, Trampın Putinə zəng vuracağı barədə Ukrayna əvvəlcədən məlumatlandırılıb.