EN

Şoltz Almaniyanın nüvə silahına malik olmasına qəti şəkildə qarşı olduğunu bildirib

Bakı. Trend:

Almaniya kansleri Olaf Şoltz, ölkəsinin nüvə silahına sahibolmasına qarşı olduğunu vurğulayıb və Almaniyanın özünü müdafiəetmək üçün yalnız adi silahlar, xüsusilə raketlər hazırlamağaməcbur olduğunu bildirib.

Trend-inməlumatına görə, bunu Şoltz ARD telekanalına verdiyi müsahibəsindəsöyləyib.

"Almaniyanın nüvə silahına malik olmasına qəti şəkildəqarşıyam," – deyə Almaniya hökumətinin başçısı bildirib.

Şoltz əlavə edib ki, bu mövzu onun tərəfindən "qəti müqavimətləqarşılanacaq". O, ölkənin müdafiəsi üçün yalnız adi silahların, ocümlədən raketlərin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Kansler, həmçinin, "Hücuma məruz qalmamaq üçün bizi qoruyacaqbir şeyə ehtiyacımız var," – deyərək, Almaniyanın Fransa və BöyükBritaniya ilə birgə nüvə başlıqları daşımayan uzun mənzilliraketlər hazırlamaq üçün səy göstərdiyini xatırladıb.

Chosen
79
az.trend.az

1Sources