Bu il “Qızıl top” üçün keçirilən sorğunun yekun nəticələri açıqlanıb.
Bu məlumatı mükafatın təsisçisi “France Football” yayıb. Bilindiyi kimi, soğunun qalibi “Mançester Siti”nin oyunçusu Rodri olub. İspaniya yığmasının yarımmüdafiəçisi 1170 səs yığıb.
2-ci yeri tutan “Real”ın vingeri Vinisius Junior 1129 səs toplayıb. Başqa sözlə, braziliyalı futbolçu Rodridən 41 səs geri qalıb.