EN

"Estetik cərrahlarla bağlı iddia olunanlar yalandır, əlimizdə yazışmalar var" - Nazilə Səfərlidən ŞOK 

"Saxta şəhadətnamə aldığı deyilən estetik cərrahların siyahısı sifarişlə hazırlanıb, bununla bağlı yazışmalar əlimizdədir".

Musavat.com bildirir ki, bu sözləri şairə Nazilə Səfərli öz “Instagram” səhifəsində yaydığı videomüraciətində deyib.

"Bir neçə dəfə plastik əməliyyat olunmuş bir şəxs kimi bu günlərdə plastik cərrahlarla bağlı yayılmış iddialarla bağlı danışmaq istəyirəm. Xaricdə yaşayan bloger xanım iddia edir ki, Azərbaycanda plastik cərrahlar 30 min manat qarşılığında Səhiyyə Nazirliyindən sertifikasiya alırlar. Bu, şər və böhtandır. Həmin blogerin sübutu olsa, sübutla danışar.

Bloger xanımın təqdim etdiyi siyahı heç böyük də deyil. Çox qəribədir ki, o siyahıda sifarişçilərin adı yoxdur. Biz bilirik onu kim sifariş edib, çünki əlimizdə yazışması var. Həmin yazışmada bloger xanım deyir: "Həkim, mən jurnalist və blogerəm. Mənə pul ödənilib, həmin pulun qarşılığında göndərilən siyahını paylaşmışam", - N. Səfərli qeyd edib.

O bildirib ki, məsələ hüquq müstəvisində öz həllini tapacaq:

"O siyahıda mənim həkimlərim var və mən onlardan çox razıyam. Bu məsələ hüquq müstəvisində həll olunacaq, çünki ortada yazışmalar var".

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz "Instaqram" hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia etmişdi.

Xalidə Gəray
Musavat.com

Chosen
72
22
musavat.com

10Sources