EN

Azərbaycan karateçiləri Moskvada 5 medal qazanıb

Rusiyanın paytaxtında “Moscow Karate Universe-2024” beynəlxalq karate yarışı keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan yığması turnirdə 5 medal qazanıb.

Şəxsi kumite yarışlarında Teymurova Fidan (-50 kq), Sadıqova Mədinə (-55 kq), Quliyev Əminağa (-60 kq) və Hüseyn Məmmədli (-67 kq) bürünc medal, kata üzrə isə Heydərov Roman gümüş medal qazanıb.

Karateçilərimiz beynəlxalq yarışa Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və AKF -nin böyüklərdən ibarət yığma komandasının baş məşqçisi Şahin Atamovun rəhbərliyi ilə yollanıb.

Qeyd edək ki, beynəlxalq yarışda 15 ölkədən (Rusiya, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Belarusiya, Ermənistan, İtaliya, Bolqarıstan, Venesuela, Tunis, Misir, Özbəkistan və Hindistan) 350-ə yaxın karateçi mübarizə aparıb.

Chosen
14
5
operativmedia.az

6Sources