EN

Yaponiya dünyada gedən prosesləri diqqətlə izləyir

Yaponiya hökuməti Rusiya ilə ABŞ arasında münasibətlərin inkişafını diqqətlə izləyəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib. O, Donald Trampın  Vladimir Putinlə  telefon danışığını şərh edərkən belə deyib: “Biz dünya birliyinin ən mühüm problemlərinin həllinə böyük təsir göstərən ABŞ-Rusiya münasibətlərini diqqətlə izləyirik”. Yoşimasa Hayaşi  Vaşinqton və Tokio arasında əməkdaşlığın vacibliyinə toxunub. Onun sözlərinə görə, Yaponiya Ukraynadakı vəziyyət də daxil olmaqla, Amerika ilə yaxından fikir mübadiləsi aparmaq niyyətindədir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
23
konkret.az

1Sources