EN

Mourinyo yenə cəzalandı

''Fənərbaxça''nın baş məşqçisi Joze Mourinyonun Türkiyə macərası çalxantılı şəkildə davam edir.

Məlum olduğu kimi, ünlü portuqaliyalı mütəxəssis cəzalı olduğu üçün Avropa Liqasında ''Alkmaar''a qarşı son səfər oyununu tribunadan təqib etməli olmuş və ''Fənər'' 1:3 hesabı ilə uduzmuşdu.

Mourinyo ''Sivasspor''a qarşı baş tutan ev oyunundan öncə də cəzalı duruma düşüb. Nizam-İntizam Komitəsi "Trabzonspor''la oyunda qoldan sonra meydana ayaq basaraq çılğın şəkildə sevinən Mourinyonun hərəkətində rəqib fanatlara yönələn təxribat elementi olması üzündən ona 1 oyunluq cəza verib. ''Fənər''in etirazına baxmayaraq Apellyasiya Komitəsi də bu qərarı təsdiqləyib.

Bundan başqa oyunsonrası açıqlamaları üzündən Mourinyoya 958 min lirə, vitse-prezident Acun Ilıcalıya 600 min lirə para cəzası verilib. ''Sivasspor''la qarşılaşmada Mourinyonun köməkçisi Salvatore Foti və qapıçılar üzrə məşqçi Sandro Zufiç də ehtiyat zonada yer almayıb. Onların da hərəsinə iki oyunluq cəza verilib.

ƏLİ

Chosen
50
football-plus.az

1Sources