EN

"Ey qullar, hazırlaşın, tezliklə siz furqonlarla plantasiyalara göndəriləcəksiniz..."

"Bu cür hoqqabazlıqlarda düşmən dövlətin əli ola bilər, bu, daha çox Kremlin ruhuna yaxındır..."

 
Trampın qələbəsindən sonra qaradərili amerikalılara xoşagəlməz ismarıclar daxil olur
 
Son iki gündə ABŞ-ın müxtəlif ştatlarından olan qaradərili amerikalılara plantasiyalarda işləmək əmri olan ismarıclar daxil olur, bununla zənci quldarlığı zamanına dönüşə eyham vurulur.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Amerika mətbuatında belə ismarıcların nümunələri üzə çıxıb. İsmarıclarda deylir ki, ismarıcı alanlar tezliklə ən yaxın plantasiyalara göndəriləcək qulların siyahısına daxil edilib, qruplar ağ furqonlara əyləşdiriləcək və təyinat yerinə gələn zaman çox diqqətli axtarışa məruz qalacaq.
 
Şimali Karolina, Alabama, Virciniya, Nyu-York və Pensilvaniya ştatlarının hüquq-mühafizə orqanları bu insidentləri araşdırmağa başlayıb, bunun irqəleyhinə cinayət qanunvericiliyi maddələrinə düşdüyünü hesab edir, hərçənd, ismarıcları alanların irqi xatırlanmır.
 
Bu məsələnin araşdırılmasına həmçinin Federal Təhqiqatlar Bürosunun əməkdaşları da qoşulub, görünür, baş verənlərdə öz profilinə uyğun cinayət tərkibi, yəni milli təhlükəsizliyə təhdid olduğunu görüb.
Belə ismarıc alanlardan Heyli Uelç adlı qadın bunun kütləvi hal olduğunu deyib. "Əvvəlcə mən bunun zarafat olduğunu düşündüm, lakin ətrafda hamı belə ismarıclar alıb. İnsanlar onları bir-birilərilə bölüşüb, sosial şəbəkələrdə postlar paylaşıb və belə ismarıcılar aldıqlarını deyib. Mən çox narahat idim, çünki nə baş verdiyini anlamırdım", - Uelç deyib.
 
Məlumatda deyilir ki, ismarıcların mətni eyni olmayıb. Lakin bütün hallarda qul adlandırılan alıcılardan əmr formasında onları plantasiyalara aparacaq furqonu gözləmək tələb edilib.
 
Bununla yanaşı, bir çox məlumatlara görə, ismarıclar ABŞ-dan göndərilməyib, hərçənd, ən azı 25 ştatın telefon nömrələrinin kodundan daxil olub. Gerçəkdə bu nömrələrin heç biri konkret vətəndaşın adına qeydə alınan xətt olmayıb.
 
Bəzi ismarıclar "TextNow" şirkətinin akkauntlarından daxil olub, bu da Amerikanın telefon nömrəsini pulsuz qeydiyyatdan keçirməyə imkan verib.
 
Luiziana ştatının Baş Prokuroru Liz Murill məlumat verib ki, bəzi ismarıclar Polşada qeydə alınan VPN-servislərinin köməyilə göndərilib.
 
Baş Prokurorun sözlərinə görə, müstəntiqlər "orijinal mənbəni aşkar etməyib, bu da o deməkdir ki, bu işdə dünyanın düşmən dövlətinin əli ola bilər". Bununla birlikdə Amerika solçuları bundan istifadə edərək baş verənlərdə yeni seçilmiş prezidenti ittiham etməyə başlayıb.
 
Belə ki, rəngli əhalinin tərəqqisinə dəstək üzrə Milli Assosiasiyası bəyan edib ki, belə ismarıcların göndərilməsi Donald Trampın qələbəsinin nəticəsidir.
 
"Belə hərəkətlər normal sayıla bilməz, - bunu təşkilatın rəhbəri Derrik Conson deyib. - Belə ismarıclar bütün ölkə boyunca irqçi qrupların əl atdığı murdar və iyrənc ritorikanın fəallaşmasının daha bir sübutudur, bu, narahatlıq doğurmaya bilməz. Onlar hiss edib ki, seçkilərin nəticələri bəlli olandan sonra hamımızın keçirdiyimiz nifrət və qorxu hissini yaya bilər".
 
Bu zaman bir çox şərhçilər qeyd edir ki, belə hoqqabazlıq Kremlin ruhuna daha çox oxşayır, çünki hələ sovetlər dönəmindən təşviqatçılar "sizdə zəncilər linç edilir" mövzusunu şişirtməyi xoşlayıb.
 
Qeyd edək ki, Donald Trampın tənqiqçiləri dəfələrlə onu ifrat sağ qruplarla əlaqədə və Amerikanın tünddərili və digər azlıqlara qarşı nifrətin qızışdırılmasında qınayıb. 
 
Lakin Tramp bütün amerikalıların hüquqlarını qoruduğuna təkid edib. O cümlədən o, deyib ki, qeyri-leqal miqrantlar Afrika-Amerika icması nümayəndələrinin iş yerlərini əllərindən alır.
 
Seçkilərin nəticələrindən görünür ki, Trampa dəstək verənlər arasında kifayət qədər çoxlu sayda tündərili amerikalılar, habelə əslən Latın Amerikasından olanlar olub.
Chosen
29
moderator.az

1Sources