EN

Qəzzada qətlə yetirilən dinc fələstinlilərin 70 faizi qadın və uşaqlardır

"İsrailin sionist rejimi törətdiyi soyqırıma görə məsuliyyətdən qaçmaq istəyir..."
 
BMT-nin İnsan haqları üzrə Ali Komissarlıq İdarəsi Qəzza bölgəsində müharibə müddətində vəziyyətə dair hesabat dərc edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Qəzza bölgəsində müharibə zamanı qətlə yetirilən fələstinlilərin 70 faizini qadın və uşaqlar təşkil edib.
 
Adların dəqiqləşdirilməsi üç mənbə əsasınsa həyata keçirilib. Bunlar qonşular, ailə üzvləri və yerli qeyri-hökumət təşkilatlarıdır, bu sırada xəstəxanalar və yerlərdəki BMT işçiləridir.
 
Hesabatda 2023-cü ilin noyabrından 2024-cü ilin aprel ayıbadək insan haqlarının pozulması, mülki şəxslərin qətlə yetirilməsi və beynəlxalq hüququn pozulması barədə məlumatlar yer alıb.
 
Hesablamalara görə, bu yarım il ərzində təsdiq edilmiş məlumatlara görə, Qəzza bölgəsində 8 119 qadın və uşaq qətlə yetirilib.
 
Qətlə yetirilən 80 faiz mülki şəxslər bombardmanlar nəticəsində evlərdə həlak olub. Hesabat müəllifləri mükli şəxslər arasında bu qədər çox qurbanlara səbəb kimi İsrail ordusu tərəfindən sıx məskunlaşan rayonlarda ağır bombalardan istifadə edilməsidir.
 
Bu arada isə İsrailin BMT-nin İnsan Haqları üzrə Ali Komissarlıq İdarəsindəki nümayəndələri iddia edib ki, hesabat Qəzza bölgəsindəki tam gerçəkliyi əks etdirmir. 
 
Hesabatda, guya, "HƏMAS və digər terrorçu təşkilatların mülki əhaliyə qəsdən zərər vurulmasında böyük rolu olub".
 
Hər şeydən göründüyü kimi, Qəzza bölgəsində 33 mindən artıq dinc fələstinliləri amansızcasına qətlə yetirən, bununla da insanlığa qarşı və ağır hərbi cinayət törədən İsrailin sionist rejimi məsuliyyətdən yaxa qurtarmağa cəhd edir.
Chosen
42
moderator.az

1Sources