Azərbaycan, doğrudan da, "yaşıl enerji koridorları" mövzusunda çox məşhurdur. Bu koridorlarla nəinki enerji təhlükəsizliyi, həmçinin, rifah ixrac etməklə çox məşhurdur.
Demokrat.az xəbər verir ki, bu sözləri Trend-ə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.
O bildirib ki, bizim üçün ən önəmli məsələ həm vətəndaş, həm də dövlət qulluqçusu olaraq Azərbaycanın maraqlarıdır:
"COP29 elə bir hadisədir ki, burada Azərbaycanın maraqlarına xidmət dünyanın maraqlarına xidmətə keçir. Bəlkə də, çox təkrarlanmayan, lakin möhtəşəm tədbirlər sırasında, COP29-a gələn bütün proseslər işığında dünyanın maraqları ilə Azərbaycanın maraqları üst-üstə düşür.
Biz hazırda insanlığın ən böyük təhdidi olan iqlim dəyişmələrinin həlli istiqamətində hər kəsi bir araya toplayaraq alacağımız qərarlar və bunun, dediyim kimi, həllinə verdiyimiz töhvə dünyaya ən böyük hədiyyəmiz və Azərbaycana geri dönəcək dəfələrlə böyük bir hədiyyə təşkil etmiş olacaq".
E.Soltanov Azərbaycanın "yaşıl artım" mövzusunda COP29-dan bir neçə ay və hətta bir neçə il əvvəl belə, dəfələrlə "yaşıl artım" istiqamətində addımlar atdığını vurğulayıb:
"Hər zaman ağıla gələn sual budur ki, liderlik etdiyiniz mövzuda nümunəvi davranış sərgiləyirsinizmi? Çünki bu, liderliyin etibarlılığına təsir edən çox əhəmiyyətli faktordur. Biz çox qürur duyuruq ki, Azərbaycan "yaşıl artım" mövzusunda COP29-dan bir neçə ay əvvəl və hətta bəlkə də, bir neçə il əvvəl belə dəfələrlə "yaşıl artım" istiqamətində addımlar atırdı.
Yəni bizim COP29-dan sonra, demək olar ki, təşəbbüslərimiz çox az idi, amma COP29-dan əvvələ təsadüf edirdi bu təşəbbüslərimiz. Bu, onu göstərir ki, biz kiməsə nəyisə isbat etmək üçün bu addımları atmırıq. Biz dünyanın məsul, məsuliyyətli bir vətəndaşı, dövləti, xalqı olaraq bu addımları atmaqdayıq. Bu mənada, COP29-un Azərbaycana həvalə edilməsi də məhz atdığımız daha əvvəlki addımlara görə mükafat idi.
Eyni zamanda, bu addımlar bütün dünyaya bizi yaxşı mənada təqib etmələri üçün bir fürsət platformasına çevirdi. Çünki biz, doğrudan da, Qarabağda "yaşıl enerji" konseptini hazırlayandan başa düşüldü ki, dünyada bu ölçüdə "yaşıl enerji zonası" yoxdur.
Şəhərlər, qəsəbələr, kəndlər olsa da, bu nəhəglikdə bir ərazidə belə bir təşəbbüs yox idi. "Yaşıl enerji" koridorları çox maraqla qarşılandı. Çünki Azrbaycan, doğrudan da, "yaşıl enerji koridorları" mövzusunda çox məşhurdur.
Bu koridorlarla nəinki enerji təhlükəsizliyi, həmçinin, rifah ixrac etməklə çox məşhurdur. Əlbəttə ki, 21-ci əsrin çağırışı "yaşl çağırış"dır. Biz bu dəfə koridorlar mövzusunda olan təcrübələrimizi yaşıl istiqamətə yönləndirdik. Eyni zamanda, bunu bütün dünyaya örnək davranış kimi göstərdik. Demək olar ki, bu sahədə kifayət qədər konseptuallaşmış şəkildə dünya proyektinə çevrilir deyə bilərik".
4Sources
-
demokrat.azAzərbaycan "yaşıl enerji koridorları" ilə rifah ixrac etməklə çox məşhurdur — Elnur Soltanov ( 12905452)
-
milli.azAzərbaycan "yaşıl enerji koridorları" ilə rifah ixrac etməklə çox məşhurdur - Elnur Soltanov ( 12904561)
-
day.azAzərbaycan "yaşıl enerji koridorları" ilə rifah ixrac etməklə çox məşhurdur - Elnur Soltanov ( 12904153)
-
az.trend.azAzərbaycan "yaşıl enerji koridorları" ilə rifah ixrac etməklə çox məşhurdur - Elnur Soltanov ( 12903523)