EN

COP29-un əsas prioriteti iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinə çatmaqdır - Muxtar Babayev

Bakı. Trend:

COP29 sədrliyinin əsas prioriteti iqlim maliyyələşdirilməsi üzrəyeni kollektiv kəmiyyət hədəfinin əldə edilməsi olacaq.

Trend xəbər verir ki, bunuCOP29-un prezidenti Muxtar Babayev Bakıda konfransın rəsmi açılışmərasimində deyib.

"Bizim planımız iki əsas istiqamətə əsaslanır: ambisiyalarınartırılması və fəaliyyətlərin təmin edilməsi. Bu, aydın iqlimplanlarının hazırlanmasını və lazım olan maliyyələşdirilmənin cəlbedilməsini nəzərdə tutur. Bu iki istiqamət bir-birini qarşılıqlıolaraq gücləndirir.

Belə ki, iqlim maliyyələşdirilməsini cəlb edərək, ambisiyalarınartırılması üçün şərait yaradırıq. Yüksək ambisiyalardan bəhsedərkən isə etimadı gücləndirir və yeni, daha geniş öhdəliklərə yolaçırıq. Hörmətli həmkarlar, fəaliyyətləri təmin etmək üçün COP29sədrliyinin əsas prioriteti ədalətli və ambisiyalı yeni kollektivkəmiyyət hədəfinin əldə edilməsi olacaq.

Bu məqsəd fəaliyyətə yönəlik olmalı və çağırışın miqyasına vətəcililiyinə uyğun olmalıdır. O, inkişaf etməkdə olan ölkələrinehtiyaclarını və prioritetlərini nəzərə almalıdır", - M.Babaevbildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
34
2
az.trend.az

1Sources