EN

Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib

Bu gün Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası keçirəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, müxalifətin “Biz Avropayıq” adlı etiraz mitinqində 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz ediləcək.

Etirazçılar saat 19:00-dan etibarən parlament binasının qarşısına toplaşmağa başlayacaqlar. Nümayişdə həm müxalifət partiyalarının, həm də vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, parlament seçkilərinin nəticələrini, müvafiq olaraq parlamentin legitimliyini tanımadıqlarını bəyan edən etirazçılar təkrar seçkilərin təyin edilməsini tələb edirlər.

Chosen
71
45
apa.az

10Sources