EN

Muxtar Babayev: “Xəzər dənizi kiçilir və Qafqazda şirin suyun itirilməsi problemi var”

Xəzər dənizi kiçilir və Qafqazda buzlaqların əriməsi, şirin suyun itirilməsi problemi mövcuddur.

 

Bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.

 

O qeyd edib ki, bunun üçündə milli uyğunlaşma planlarının vaxtında təqdim edilməsi vacibdir: “Bu planlar bizim ən yaxşı təcrübələri necə paylaşacağımızı, texnologiyanın ötürülməsini və bir-birimizi necə dəstəklədiyimizi müəyyən edəcək. Biz bu planları 2025-ci ilə qədər tamamlamalı və 2030-cu ilə qədər irəliləyiş əldə etmək üçün lazımi addımları atmalıyıq. Uyğunluqdan sonra təhlükəsizliyin mühüm hissəsi maliyyə olmalı, bütün bunların əsasında şəffaflıq dayanmalıdır. İlk maliyyə şəffaflığı hesabatları kritik əhəmiyyət daşıyır və bu il təqdim edilməlidir”.

 

COP29-un prezidenti qeyd edib ki, iqlim planları çərçivəsində mühüm tematik sahələrə müraciət edilməlidir: “Bu planlar yaş və gender məsələlərinə həssas olmalıdır. Biz ən son elmi məlumatlara və təhlükəsizlikdən tutmuş gələcək nəsillər qarşısındakı digər öhdəliklərə nəzər salsaq, görərik ki, COP29 Paris Sazişi üçün əsl dönüş nöqtəsidir. İndi qarşımıza qoyduğumuz məqsədlərə çatmağa hazır olub-olmadığımızı göstərməliyik”.

Tarix: 11 Noyabr 2024, 14:14   
Chosen
68
12
pravda.az

10Sources