EN

"Çelsi"nin forvardı bu qış "Mançester Yunayted"ə keçə bilər

"Çelsi" klubunun hücumçusu Kristofer Nkunku bu qış transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın “L'Equipe”yə istinadən məlumatına görə, 26 yaşlı futbolçu yaxın vaxtlarda ayrılmaq istədiyi London komandasındakı mövqeyindən narazıdır.

Fransalı hücumçu ilə müqavilə bağlamaq üçün əsas namizəd qışda hücum xəttini gücləndirmək istəyən "Mançester Yunayted" hesab olunur.

Qeyd edək ki, ekspertlər forvardın transfer dəyərini 65 milyon avro qiymətləndirirlər. Nkunku "Çelsi"dən əvvəl "RB Leypsiq" və PSJ-də çıxış edib.

Xatırladaq ki, Kristofer Nkunku bu mövsüm İngiltərə çempionatında “pensiyaçılar”ın tərkibində on oyun keçirib və bir qol vurub, bir sarı vərəqə alıb.

Chosen
44
90deqiqe.az

1Sources