EN

COP29 çərçivəsində “AzərEnerji” və “Azərişıq” ASC-lər geniş pavliyonla təmsil olunurlar - FOTO

COP29 çərçivəsində “AzərEnerji” və “Azərişıq” “yaşıl zonada” geniş pavliyonla təmsil olunurlar.

"Unikal" xəbər verir ki, bu gün pavliyonun açılışı olub və qonaqlar əraziyə baxış keçiriblər. Burada ziyarətçilərə maketlər və hazırlanan təqdimatlar üzərindən geniş məlumatlar verilib. O cümlədən tanıtım bükletləri və kataloqlar paylanıb. 

“AzərEnerji” tərəfindən görülən dekarbonizasiya tədbirləri, “Yaşıl Enerji Zonası” elan edilən Qarbağ və Şərqi Zəngəzurda 4 ildən az müddətdə ümumi gücü 270 meqavat olan 32 ədəd su elektrik stansiyasının tikiməsi və başqa məlumatlar qonaqların geniş marağına səbəb olub. 

Ümumiikdə isə “Yaşıl zonada” “AzərEnerji” tərəfindən 6 tədbirin, 5 imza mərasiminin və tanınmış beynəlxalq enerji şirkətlərinin rəhbərləri ilə müxtəlif görüşlərin keçirilməsi planlaşdırılır.
 

 

Chosen
66
50
unikal.az

10Sources