EN

Belçika Baş naziri Bakı limanında olub (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdəolan Belçika Krallığının Baş naziri Aleksandr De Kronun rəhbərliketdiyi nümayəndə heyəti noyabrın 11-də Bakı Beynəlxalq DənizTicarət Limanında olub.

Trendxəbər verir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyevin də iştirak etdiyi görüşdə karbon emissiyasınınsıfıra endirilməsi, dənizçilik sektorunda iqlimə zərər vurantəsirlərin minimallaşdırılması və limanın dayanıqlı inkişaf həlləribarədə müzakirələr aparılıb.

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriJulyen de Freponun, həmçinin dəniz xidmətləri və dibdərinləşdirməsahəsində təcrübəli şirkət olan “Jan De Nul”un rəhbər şəxslərinində iştirak etdiyi görüşdə Belçika limanları ilə Bakı Limanıarasında növbəti əməkdaşlıq və təcrübə mübadilə imkanlarınınartırılması kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirəedilib.

Sonda isə qonaqlar liman terminalları və buradakı texnolojiyeniliklərə uyğun iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, hazırda Bakı Limanının Belçikanın Antverp Limanıilə əməkdaşlığı mövcuddur.

Belçika
Belçika
Belçika
Belçika
Məqalədə:
Chosen
46
50
az.trend.az

10Sources