EN

Braziliya nümayəndəsi: "COP30 zamanı Azərbaycanın təcrübəsindən istifadə etməyi planlaşdırırıq"

Braziliyanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı Bakıda xüsusi əhəmiyyət kəsb edir. Gələn il bu miqyaslı tədbirin estafetini Braziliyanın Belen şəhəri qəbul edəcək.

Bu barədə Oxu.Az-a Braziliya Xarici Əlaqələr Nazirliyinin ikitərəfli münasibətlər və beynəlxalq layihələr üzrə koordinatoru Bruno Tarqino Qambini (Bruno Targino Gambini) bildirib.

"Bu, bizim üçün Azərbaycanın təcrübəsini öyrənmək və COP30-un təşkilində istifadə etmək üçün gözəl fürsətdir", - deyə o qeyd edib.

Braziliya nümayəndəsi Bakıda COP29-un təşkilat səviyyəsini yüksək qiymətləndirib: "Nəqliyyatdan və logistikadan tutmuş tədbirin keçirildiyi yerə qədər hər şey məni heyrətləndirir. Bu, bizim üçün sosial imkanları və təbiətin qorunması üçün nə edə biləcəyimizi müzakirə etmək üçün yaxşı şansdır".

Braziliya COP29-da iki stend - biri Yaşıl, digəri Mavi zonada təqdim edib. Koordinatorun sözlərinə görə, bu, Azərbaycandan öyrənmək və gələn il Belendə onun təcrübəsindən istifadə etmək üçün gözəl fürsətdir.

Chosen
46
sitat.info

1Sources