EN

Ərəb ölkələri İsrailə silah ixracını məhdudlaşdıracaq

Ərəb ölkələri İsrailə silah ixracını məhdudlaşdıracaq

Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri İsrailə silah tədarükünü məhdudlaşdırmaq üçün səy göstərəcəklər. "Al Hadath" telekanalı xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən sammitin yekun bəyanatının layihəsində deyilir.Sənəd sammit iştirakçılarının İsrailə silah ixracını qadağan etməyə çalışacaqlarını göstərir. Onlar həmçinin dəniz nəqliyyat dəhlizlərinin mühafizəsinin təmin edilməsinin zəruriliyini vurğulayacaqlar.Yekun bəyanat layihəsinə əsasən, Ərəb Liqasına üzv olan ölkələr və İƏT Livan hökumətinə humanitar yardım göstərmək və dost ölkələrin respublikanın iqtisadiyyatına dəstək verə bilməsi üçün tədbirlər görmək niyyətindədirlər.Səudiyyə Ərəbistanının paytaxtında Ərəb Liqası və İƏT ölkələrinin Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş ikinci fövqəladə sammiti keçirilir. İclas iştirakçıları Qəzza zolağı və Livandakı münaqişələrlə bağlı ümumi mövqe hazırlayır, mülki əhalinin müdafiəsi və dəstəklənməsi yollarını müzakirə edir, həmçinin İsrailin təcavüzünü dayandırmaq üçün beynəlxalq ictimaiyyətə təzyiq göstərməyə çalışırlar.

Chosen
39
9
afn.az

10Sources