EN

Borrell İsrailin Qəzzanın Cibaliya bölgəsinə hücumunu pisləyib

Borrell İsrailin Qəzzanın Cibaliya bölgəsinə hücumunu pisləyib

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell, İsrail ordusunun Qəzza zolağının şimalında Cibaliya bölgəsini hədəf alan və çox sayda mülki şəxsin ölümünə səbəb olan hücumunu şiddətlə qınadığını bildirib.Borrell bu barədə özünün X hesabında paylaşım edib.Çox sayda mülki şəxsin həyatını itirdiyi hücumu şiddətlə qınadığını bildirən diplomat bildirib ki, Qəzzanın şimalında baş verənləri ifadə etmək üçün getdikcə "etnik təmizləmə" sözü istifadə olunur. O, bölgədə aclığın yayılması riski haqda da qeyd edib.Bölgədəki humanitar fəlakətin qarşısının alınmalı olduğunu bildirən Borrel, İsrailin yardımların keçməsinə icazə vermək öhdəliyi olduğunu xatırladıb.“Beynəlxalq ictimaiyyət və İsrailin əsas müttəfiqləri də fələstinlilərin iztirablarına son qoymaq və əsirləri xilas etmək üçün təcili tədbirlər görməlidir” - deyə Aİ rəsmisi vurğulayıb.

Chosen
60
20
afn.az

10Sources