Super Liqa klubuna sərt cəza verilməsi nəzərdə tutulub.

Offsideplus.az xəbər verir ki, "Konyaspor"un vergi borcunu ödəmədiyi üçün xalları silinə bilər. Bu barədə klubun idarə heyətinin rəhbəri Ahmet Şan "Konya Büyükşehir Satdionu"nda təşkil olunan mətbuat konfransında danışıb.

O, borcun bir hissəsinin 29 noyabra qədər ödənilməsini vurğulayıb. Əks təqdirdə əvvəlcə xal silinəcəyini və davamında isə daha da ağır cəzalar veriləcəyini söyləyib.

Qeyd edək ki, Konya təmsilçisinin 1 milyard 100 milyon lirə civarında borcu var.