EN

Estoniya bu tarixdə Ukraynaya hərbi yardım göndərəcək

Estoniya 2025-ci ilin əvvəlində Ukraynaya daha bir hərbi yardım paketi köçürəcək.

Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur məlumat verib.

“Prezident Vladimir Zelenski ilə görüşdüm və təsdiq etdim ki, biz hərbi dəstəyi davam etdirəcəyik, onun ofisinə gedərkən mən yeni hərbi yardım paketinin, o cümlədən geyim, atıcı silah və s. ayrılması haqqında sərəncam imzaladım”, - nazir bildirib.

Chosen
63
1
axar.az

2Sources