EN

Şəhidimizin qızı Avropa çempionu oldu

Azərbaycanın kiçikyaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.   Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Bildirilib ki, yarışda Dərya Hüseynova (24 kiloqram) və Esmanur Azayeva (36 kiloqram) qızıl, Şahin Abdullayev (48 kiloqram) və Aliyə Məmmədli (+57 kiloqram) gümüş, Yusif Zeynallı (52 kiloqram) isə bürünc medal qazanıblar.

Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.

Chosen
73
28
manset.az

10Sources