EN

"İnsan simalı balıq" görənləri heyrətləndirir

“İnsan siması”nı xatırladan balıq sosial şəbəkələrdə məşhurlaşıb

Publika.az xəbər verir ki, "Bob" adlı koi balığı qeyri-adi görünüşünə görə gündəm olub.

Dörd yaşlı "Bob" sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzindədir. Balığın sahibi Malkolm Pauson onun üç il əvvəl bağçasındakı gölməçə üçün aldığını və cəmi 150 funt-sterlinq ödədiyini, balığın belə məşhurlaşacağını gözləmədiyini bildirib.

"Yanından keçən hər kəs ona baxmaq üçün dayanır", - deyə Malkolm qeyd edib.

O, mütəmadi olaraq "Bob" ilə sosial şəbəkələr üçün videolar çəkir. Onların videoları milyonlarla baxış toplayır.

Chosen
96
publika.az

1Sources