EN

''Qalatasaray''ın sabiq forvardı karyerasını bitirdi

Yaxın keçmişin önəmli forvardlarından biri olan Bafetimbi Qomis futbolla birdəfəlik vidalaşmaq qərarına gəlib.

O karyerasını bitirdiyini açıqlayıb. 39 yaşlı Qomis son olaraq ötən mövsüm Yaponiya təmsilçisi ''Kavasaki Frontale''də forma geymişdi. Bu mövsüm üçün isə o özünə klub tapa bilməmişdi. ''Sent-Etyen''in yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan fransalı forvard daha sonra ''Trua'', ''Lion'', ''Suonsi'', ''Marsel'', ''Qalatasaray'' və ''Əl-Hilal''da top qovmuşdu.

Qomis ən çox ''Lion'' və ''Qalatasaray''da iz buraxmağı bacarıb. O, ''Cim-Bom''da iki fərqli dönəmdə çıxış edib və iki çempionluq (2017/18, 2022/23) qazanıb. Ümumilikdə Qomis klub karyerası ərzində meydana çıxdığı 638 qarşılaşmada 329 qol, 70 məhsuldar ötürmə ilə fərqlənib.

2008-13-cü illərdə şərəfini qoruduğu Fransa yığmasında isə 12 oyun keçirib və 3 qol vurub.

ƏLİ

Chosen
90
football-plus.az

1Sources