EN

Samoada 5,3 bal gücündə zəlzələ baş verib

Sakit okean ada dövləti Samoanın cənub sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ 43 mindən çox insanın yaşadığı Samoanın Savai adasının sahilindən 120 km aralıda okeanda qeydə alınıb.

Zəlzələnin mənbəsi təxminən 90 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Chosen
62
50
operativmm.az

10Sources