EN

Gürcü hücumçu Fransada ayın oyunçusu seçildi

Fransa çempionatında oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Liqa 1-də ötən ayın ən yaxşısı adına “Sent Etyen”in hücumçusu Zuriko Davitaşvili layiq görülüb. Gürcü forvard ötən ay Fransa çempionatında 5 qol vurub. Onun xüsusən "Oser"lə matçdakı het-triki yaddaqalan olub.

Qeyd edək ki, 23 yaşlı forvard karyerasına vətənində başladıqdan sonra Rusiyada (“Rubin”, “Rotor”, “Arsenal”) çıxış edib. 2022-ci ildən isə o, Fransada forma geyir. 2 mövsüm “Bordo”da (67 oyun, 13 qol) oynadıqdan sonra Davitaşvili bu ilin yayında “Sent-Etyen”ə transfer edilib. O, Fransa çempionatında 11 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Müəllif: Teleqraf.com
Chosen
55
2
teleqraf.com

2Sources