EN

Sahil Babayev Azərbaycandakı işçi qüvvəsindən danışdı

"Azərbaycanda növbəti dövrdə xüsusilə işçi qüvvəsinin bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilməlidir".

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, məşğulluğun qarşısında duran ən böyük çağırışlardan biri də yaşıl texnologiyaların yeni iş mühitinin ortaya çıxması ilə işçi qüvvəsinin bilik və bacarıqlarının ortaya çıxarılması, əmək bazarında olan dəyişikliklərə insan resurslarının uyğunlaşdırılmalısıdır.

Nazir əlavə edib ki, bunun üçün tədbirlər davam etdirilir.

"Cebheinfo.az"

Chosen
74
cebheinfo.az

1Sources