EN

Fernando Musleradan Mourinyoya sərt cavab - “Bəyənmirsə, gedə bilər”

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın qapıçısı və kapitanı Fernando Muslera "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu Türkiyə futbolu ilə bağlı dediyi sözlərə görə tənqid edib.

QOL.az xəbər verir ki, o, bu haqda İspaniyanın “AS” nəşrinə müsahibəsində bildirib.

Bu yaxınlarda Mourinyo Türkiyə futbolunun hakimliyi və sistem idarəçiliyindən narazılığını ifadə edib və bildirib ki, “bilsəydi, bura gəlməzdi”.

Bu fikirlərə cavab olaraq Muslera deyib:

Onun Türkiyə futbolunu təhqir etməsi və bəzi hakimlərə hücum etməsindən narahatam. 14 il ərzində ilk dəfə olaraq özümü bu cür çıxış etməyə məcbur hiss edirəm. Mən bu 14 ildə 17 titul qazanmışam. Verdiyim töhfələri nəzərə alaraq, daimi məqsədim Türkiyə futbolunu inkişaf etdirməkdir. Əgər dörd ay əvvəl bura gələn Mourinyo Türkiyə futbolunu tənqid edirsə və bəyənmirsə, gedə bilər. Baxmayaraq ki, ona heç kim heç nə demir. Düşünürəm ki, indi kimsə ona nəsə deyə biləcək. Biz türk futbolunu təbliğ edənlərə daha çox diqqət yetirməliyik”.

Chosen
47
1
teleqraf.com

2Sources