EN

37 yaşlı Vidal yenidən milliyə çağırıldı

37 yaşlı yarımmüdafiəçi Arturo Vidal yenidən Çili millisinə çağırılıb. 

Fanat.Az xəbər verir ki, onun komandası noyabrdakı beynəlxalq fasilədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru və Venesuela komandalarına qarşı oynayacaq. 

Ulduz futbolçu bir ildən artıqdır yığmaya dəvət olunmurdu. 

Vidal 2024-cü ilin əvvəlindən öz ölkəsində "Kolo-Kolo"da çıxış edir. O, 2022-ci ilin yayından Avropa futbolundan kənarda qalıb. Yarımmüdafiəçi "Kolo-Kolo"dan əvvəlki il yarımı Braziliyada "Flamenqo" və "Atletiko Paranaense"də çıxış edib. 

Mirağa

Chosen
47
2
fanat.az

3Sources