EN

Tramp bu iki şəxsə mühüm vəzifə təklif etdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yeni formalaşacaq administrasiyada milli təhlükəsizlik müşaviri vəzifəsinə Nümayəndələr Palatasının üzvü respublikaçı Mayk Uolsun namizədliyini irəli sürüb.

Siyasətçi Floridadan olan senator Marko Rubionu isə dövlət katibi vəzifəsinə təyin etmək istəyir. Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Hazırda milli təhlükəsizlik üzrə müşavir vəzifəsini Ceyk Sallivan tutur. Bu, Prezident tərəfindən təyin olunan və Senatın təsdiqini tələb etməyən əsas vəzifələrdən biridir. Bu vəzifədə olan məmur milli təhlükəsizlik məsələləri ilə məşğul olan bütün idarələrin işinə nəzarət edir, mövcud vəziyyət barədə prezidentə məlumat verir və onun siyasətini həyata keçirir.

Tural

Chosen
36
news365.az

1Sources